Dr. Zamin Həşimov
Uroloq-Androloq Cərrah · Gəncə Beynəlxalq Xəstəxanası
Uroloq-androloq Dr. Zamin Həşimov uroloji və androloji xəstəliklərin diaqnostikası və müalicəsi üzrə ixtisaslaşmış həkimdir. Pasiyentlərə müasir tibbi yanaşma, peşəkar təcrübə və fərdi müalicə prinsipləri əsasında xidmət göstərir.
“Hər pasiyent fərqlidir — müalicə də fərdi olmalıdır.”
Təhsil və peşəkar hazırlıq
Dr. Zamin Həşimov Tibb Universitetini bitirdikdən sonra TUS imtahanı ilə Türkiyənin Selçuk Universiteti Meram Tibb Fakültəsində urologiya ixtisası üzrə təhsil alıb. 2009–2014-cü illərdə beş illik ixtisaslaşma dövründən sonra elmi işini müdafiə edərək uzman uroloq-androloq adını qazanıb. Daha sonra Uludağ Universitetində laparoskopik cərrahiyə üzrə əlavə təhsil keçib.
Beynəlxalq təcrübə
Avropa Uroloqlar Cəmiyyətinin (EAU) üzvüdür. İtaliyada keçirilən beynəlxalq konfransa dəvət alıb və sertifikatla təltif edilib. 2026-cı ildə Böyük Britaniyada, Londonda keçirilən Avropa Uroloqlarının toplantısına dəvət alıb və konfrans sonrası sertifikat təqdim edilib. Həmçinin Avropa standartlarına uyğun heyvanlar üzərində elmi təcrübə icazəsi (sertifikatı) var. Yunanıstan, Rumıniya və İtaliya kimi ölkələrdə beynəlxalq tədbirlərdə iştirak edib.
Təhsil və karyera
Urologiya ixtisası
TUS imtahanı ilə qəbul. Beş illik ixtisaslaşma və elmi işin müdafiəsi ilə uzman uroloq-androloq adı.
Laparoskopik cərrahiyə təhsili
Minimal invaziv (laparoskopik) cərrahi üsullar üzrə əlavə ixtisas hazırlığı.
EAU konfransı — İtaliya
Avropa Uroloqlar Cəmiyyətinin beynəlxalq konfransına dəvət və sertifikat.
Avropa Uroloqları toplantısı — London
Konfransa dəvət və iştirak sertifikatı.
Elmi təcrübə icazəsi
Heyvanlar üzərində elmi təcrübə aparmaq üçün Avropa standartına uyğun sertifikat.